...

Elmar Qasımov cüdo yığmasının medal şansını saxladı

İdman Materials 2 Avqust 2012 13:37 (UTC +04:00)
Bu gün XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın cüdo yığmasının sonuncu üzvü Elmar Qasımov (100 kq) mübarizəyə qoşuldu.
Elmar Qasımov cüdo yığmasının medal şansını saxladı

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Bu gün XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın cüdo yığmasının sonuncu üzvü Elmar Qasımov (100 kq) mübarizəyə qoşuldu.

Trend-in məlumatına görə, 1/16 final mərhələsində cüdoçumuzun rəqibi qazaxıstanlı Maksim Rakov oldu. Qasımov yuko xalı ilə görüşü qalib başa vurdu.

1/8 final mərhələsində Qasımov gürcüstanlı Levan Jorjoliani ilə qarşılaşdı və bu görüşdən də yuko xalı ilə qalib ayrıldı.

Qeyd edək ki, olimpiadaya 8 idmançı (6 kişi, 2 qadın) ilə yollanan cüdo yığmamızın artıq 7 üzvü çıxışını medalsız başa vurub.

Xəbər lenti

Xəbər lenti