...

Azərbaycan boksçusu Teymur Məmmədov bürünc medalla kifayətləndi

İdman Materials 10 Avqust 2012 20:27 (UTC +04:00)
Bu gün London Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Teymur Məmmədov ½ finalda mübarizəyə qoşulub.
Azərbaycan boksçusu Teymur Məmmədov bürünc medalla kifayətləndi

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Bu gün London Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Teymur Məmmədov ½ finalda mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, 91 kq çəki dərəcəsində çıxış edən Məmmədov italiyalı boksçu Klemente Russo ilə döyüşüb.

İlk hissədə rəqibindən üstün olan (3:2) boksçumuz, ikinci hissədə də dəqiq zərbələrin sayına görə önə çıxıb (6:4).

Son raundda isə italyan boksçu hesabı öz xeyrinə dəyişərək finala vəsiqə qazanıb (4:9, 13:15).

Beləliklə, Məmmədov olimpiadanı bürünc medalla başa vurub.

Xəbər lenti

Xəbər lenti