...

Firdovsi Umudov: İdmançılarımızın qələbəsi bütün Azərbaycan xalqının zəfəridir (FOTO)

İdman Materials 15 Avqust 2012 09:55 (UTC +04:00)
Bu gün səhər Azərbaycanın XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları Vətənə qayıdıblar.
Firdovsi Umudov: İdmançılarımızın qələbəsi bütün Azərbaycan xalqının zəfəridir (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E.Mehdiyev/

Bu gün səhər Azərbaycanın XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları Vətənə qayıdıblar. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman federasiyalarının və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

"Bu olimpiadada qızıl medallar qazandıq. Biz o medalları qazanmaq üçün çox çalışdıq və azarkeşləirmizi və xalqımızı sevindirdik", - Trend-in məlumatına görə, Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan güləşçiləri London olimpiadasında yüksək peşəkarlıq nümayiş etdirdilər.

"Bütün bunlar Azərbaycan dövlətinin şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. mən hesab edirəm ki, bu qələbə bütün Azərbaycan xalqının zəfəridir", - Umudov bildirib.

Xəbər lenti

Xəbər lenti