...

Azərbaycan və İran tələbələri futbolda münasibətlərinə aydınlıq gətirəcəklər

İdman Materials 18 Avqust 2012 14:57 (UTC +04:00)
Portuqaliyada keçiriləcək futzal üzrə tələbələr arasında XIII dünya çempionatında İran və Azərbaycan yığması görüşəcək
Azərbaycan və İran tələbələri futbolda münasibətlərinə aydınlıq gətirəcəklər

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Portuqaliyada keçiriləcək futzal üzrə tələbələr arasında XIII dünya çempionatında İran və Azərbaycan yığması görüşəcək. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı "iribnews" məlumat verir.

Məlumata əsasən, bu çepmionatda 16 komanda 4 qrupda bir-birləri ilə yarışacaq. Birinci qrupda Azərbaycan, İran, Fransa və Portuqaliya komandaları yarışacaq.

Bu gün çempionatın açılış mərasimi keçirilir. İran və Azərbaycan komandalarının görüşü sabah Bakı vaxtı ilə 20:45-də baş tutacaq.

Xəbər lenti

Xəbər lenti