...

UEFA Çempionlar Liqasının püşkü atıldı

İdman Materials 30 Avqust 2012 22:00 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.
UEFA Çempionlar Liqasının püşkü atıldı

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatma zamanı turnirdə mübarizə aparacaq 32 komanda 4 səbətdə reytinq xalına uyğun olaraq yerləşdirilib. Püşkün yekununa görə bütün iştirakçı komandalar 8 qrupa bölünüblər.

Püşkün nəticəsi belədir:

A qrupu
"Porto" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna), PSJ (Fransa), "Dinamo" (Zaqreb, Xorvatiya)

B qrupu
"Arsenal" (İngiltərə), "Şalke" (Almaniya), "Olimpiakos" (Yunanıstan), "Monpelye" (Fransa)

C qrupu
"Milan" (İtaliya), "Zenit" (Rusiya), "Anderlext" (Belçika), "Malaqa" (İspaniya)

D qrupu
"Real" (Madrid, İspaniya), "Mançester Siti" (İngiltərə), "Ayaks" (Niderland), "Borussiya" (Dortmund, Almaniya)

E qrupu
"Çelsi" (İngiltərə), "Şaxtyor" (Donetsk, Ukrayna), "Yuventus" (İtaliya), "Nordsyelland" (Danimarka)

F qrupu
"Bavariya" (Almaniya), "Valensiya" (İspaniya), "Lill" (Fransa), "BATE Borisov" (Belarus)

G qrupu
"Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Spartak" (Moskva, Rusiya), "Seltik" (Şotlandiya)

H qrupu
"Mançester Yunayted" (İngiltərə), "Braqa" (Portuqaliya), "Qalatasaray" (Türkiyə), "ÇFR Kluj" (Rumıniya)

Xəbər lenti

Xəbər lenti