Sonuncu abzas əlavə olunub (ilk xəbər saat 15:41-də verilib)
Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir M.Əliyev/
Taylandın Pattaya şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançısı finala yüksəlib.
Azərbaycan Güləş Federasiyasından çərşənbə axşamı Trend-ə bildiriblər ki, 50 kq çəkidə çıxış edən Murad Bazarov finalda rusiyalı Artur Labazanov ilə qarşılaşacaq.
Finala gedən yolda Bazarov irlandiyalı Aşkan Həsən Qolikiani, koreyalı Hyeok Jin Jeon, türkiyəli Tolqahan Karataş və israilli Andrey Tsaryuku məğlub edib.
Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək.
Federasiyadan bildiriblər ki, Murad Bazarov finalda Artur Labazanovu məğlub edərək (2:0, 0:2, 0:1) dünya çempionu olub.