...

Azərbaycanla qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb

İdman Materials 3 Oktyabr 2012 10:29 (UTC +04:00)
Dünya Çempionatı-2014-ün seçmə mərhələsində oktyabrın 16-da Moskvada Azərbaycan millisi ilə qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb
Azərbaycanla qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb

Azərbaycan, Bakı, 3 oktyabr / Trend müxbir M.Əliyev/

Dünya Çempionatı-2014-ün seçmə mərhələsində oktyabrın 16-da Moskvada Azərbaycan millisi ilə qarşılaşacaq Rusiya yığmasının heyəti açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AFFA-nın saytından bildirilib.

Moskvadakı Lujniki stadionunda keçiriləcək oyun üçün Rusiya millisinin baş məşqçisi tərəfində qapıçılar İqor Akinfeyev (MOİK), Vladimir Qabulov ("Anji"), Anton Şunin ("Dinamo"), müdafiəçilər Aleksandr Anyukov, Renat Yanbayev (hər ikisi - "Zenit"), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı - MOİK), Vladimir Qranat ("Dinamo"), Andrey Yeşenko ("Lokomotiv"), yarımmüdafiəçilər Diniyar Bilyaletdinov, Dmitri Kombarov (hər ikisi - "Spartak"), Vladimir Bıstrov, İqor Denisov, Viktor Fayzulin, Roman Şirokov (hamısı - "Zenit"), Denis Qluşakov, Aleksandr Səmədov, Dmitri Tarasov (hamısı - "Lokomotiv"), Alan Dzaqoyev (MOİK), hücumçular Aleksandr Kokorin ("Dinamo"), Aleksandr Kerjakov ("Zenit"), Artyom Dzyuba ("Spartak"), Maksim Qriqoryev ("Lokomotiv") bəyan edilib.

Xəbər lenti

Xəbər lenti