...

"İnter"in baş məşqçisi: "Neftçi" bizim üçün başağrısı ola bilər (FOTO)

İdman Materials 3 Oktyabr 2012 19:52 (UTC +04:00)
Son zamanlar "Neftçi" kifayət qədər dəyişib. Azərbaycan klubunun heyətində olan Vobay, Flavinyo, İmamverdiyev kimi futbolçular bizim üçün başağrısı ola bilər.
"İnter"in baş məşqçisi: "Neftçi" bizim üçün başağrısı ola bilər (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/

Son zamanlar "Neftçi" kifayət qədər dəyişib. Azərbaycan klubunun heyətində olan Vobay, Flavinyo, İmamverdiyev kimi futbolçular bizim üçün başağrısı ola bilər.

Trend-in məlumatına görə, bunu çərşənbə günü mətbuat konfransında İtaliyanın "İnter" futbol klubunun baş məşqçisi Andrea Stramaççioni UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Neftçi" ilə Bakıda keçiriləcək görüşdən əvvəl jurnalistlərə deyib.

"Neftçi"nin son oyunları onu göstərir ki, bu kluba qarşı hörmətlə yanaşmaq lazımdır. "Neftçi"nin Belqradda "Partizan"la keçirdiyi oyun bunu deməyə əsas verir", - o deyib.

Bəzi aparıcı oyunçuların Bakıya gətirilməməsinə münasibət bildirən "İnter"in baş məşqçisi qeyd edib ki, Milito, Kassano və Zanetti ardıcıl 5 oyun oynayıblar və hazırda yorğundurlar.

"Mənə sabahkı oyun üçün fiziki cəhətdən daha qənaətbəxş, enerjili oyunçular lazımdır", - o vurğulayıb.

Stramaççioni bildirib ki, "İnter" kimi komanda iştirak etdiyi turnirlərin hər birində maksimum nəticə üçün oynayır.

"Biz sabahkı oyuna böyük motivasiya ilə çıxacağıq və "Rubin"lə keçirilən son oyundan bəzi nəticələri çıxaracağıq. İlk oyunda qələbə qazana bilmədik və bu səbəbdən sabahkı oyuna qələbə qazanmaq üçün çıxacağıq ki, qrupda mövqeyimizi möhkəmləndirək", - Stramaççioni deyib.

Mətbuat konfransından sonra "İnter" futbol klubunun Tofiq Bəhramov adına Respublika stadionunda məşqi keçirilib.

Xəbər lenti

Xəbər lenti