...

Azərbaycan klubları UEFA-nın hesabına büdcələrini artırdılar

İdman Materials 5 Oktyabr 2012 15:26 (UTC +04:00)
UEFA 2012-ci ildə keçirilən Avropa çempionatının final, eləcə də seçmə qrup mərhələsi çərçivəsində yığma komandanın formasını geyinən futbolçuların klubları üçün UEFA Konqresinin qərarına əsasən ayırdığı vəsaiti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hesabına köçürüb
Azərbaycan klubları UEFA-nın hesabına büdcələrini artırdılar

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

UEFA 2012-ci ildə keçirilən Avropa çempionatının final, eləcə də seçmə qrup mərhələsi çərçivəsində yığma komandanın formasını geyinən futbolçuların klubları üçün UEFA Konqresinin qərarına əsasən ayırdığı vəsaiti Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hesabına köçürüb.

Trend məlumat verir ki, AFFA da öz növbəsində müvafiq olaraq həmin vəsaiti ödəniş anket formasını assosiasiyaya təqdim edən klublara ödəyib. Əlavə edək ki, pul məbləği futbolçuların yığmanın heyətində keçirdiyi oyunların sayına görə ayrılır.
Ödəniş edilmiş klubların siyahısını təqdim edirik:

AZAL - 67578,87 AZN ( 6 futbolçuya görə)

"Qarabağ" - 295844,81 AZN (12 futbolçuya görə)

"Sumqayıt" - 17019,21 AZN (1 futbolçuya görə)

"İnter"- 128 629,83 AZN (7 futbolçuya görə)

"Xəzər Lənkəran" - 155014,33 AZN (7 futbolçuya görə)

Xəbər lenti

Xəbər lenti