...

Berti Foqts "desantlar"ını Moskvaya yolladı

İdman Materials 6 Oktyabr 2012 12:52 (UTC +04:00)
Oktyabrın 12-də Rusiyanın paytaxtı Moskvada Rusiya və Portuqaliya milli komandaları arasında DÇ-2014-ün seçmə mərhələ oyunu keçiriləcək
Berti Foqts "desantlar"ını Moskvaya yolladı

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Oktyabrın 12-də Rusiyanın paytaxtı Moskvada Rusiya və Portuqaliya milli komandaları arasında DÇ-2014-ün seçmə mərhələ oyunu keçiriləcək.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçiləri Nazim Süleymanov və Olaf Yansen həmin qarşılaşmanı izləyəcək.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda millimiz Rusiya yığması ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti