...

Azərbaycanda keçirilən dünya çempionatının finalçıları məlum oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 9 Oktyabr 2012 21:58 (UTC +04:00)
Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin yarımfinal mərhələsinin oyunları keçirilir.
Azərbaycanda keçirilən dünya çempionatının finalçıları məlum oldu (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin yarımfinal mərhələsinin oyunları keçirilir.

Trend-in məlumatına görə, əvvəlcə meydana Fransa və Qana komandaları çıxıblar. 8 KM stadionunda keçirilən matçda ilk qol fransızlardan gəlib - 31-ci dəqiqədə Diani fərqlənib. Bu azmış kimi 53-cü dəqiqədə Qananın heyətində Ayieyam qırmızı vərəqə alıb.

Matçın son dəqiqəsində isə Diani dubla imza atıb (2:0).

Beləliklə, Fransa adını finala yazdırıb.

½ final mərhələsinin digər görüşü Şimali Koreya və Almaniya yığmaları münasibətlərinə aydınlıq gətirdilər.

Şimali Koreya futbol yığması 2:1 hesabı ilə Almaniyanı məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, final oyunu oktyabrın 13-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti