...

Ötən mövsümün ən yaxşıları mükafatlandırılır

İdman Materials 10 Oktyabr 2012 10:56 (UTC +04:00)
Bu gün Beynəlxalq Muğam Mərkəzində 2011-2012-ci il mövsümündə Unibank Premyer Liqanın qaliblərinin mükafatlarının təqdimetmə mərasimi keçiriləcək
Ötən mövsümün ən yaxşıları mükafatlandırılır

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Bu gün Beynəlxalq Muğam Mərkəzində 2011-2012-ci il mövsümündə Unibank Premyer Liqanın qaliblərinin mükafatlarının təqdimetmə mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, tədbirdə AFFA və PFL rəhbərliyi son çempionatın birincisi "Neftçi"yə qızıl, ikinci yerin sahibi "Xəzər Lənkəran"a gümüş, üçüncü yeri tutan "İnter"ə isə bürünc medal təqdim edəcək.

Bundan başqa, İdman Araşdırmalar Mərkəzi tərəfindən aparılmış sorğuya əsasaən, ötən mövsümün ən yaxşı qapıçısı, ən yaxşı müdafiəçisi, ən yaxşı yarımmüdafiəçisi, ən yaxşı hücumçuçu, ən yaxşı baş məşqçisi, ən yaxşı futbolçusu və mövsümün tapıntısına (gənc futbolçu) mükafat veriləcək.

Qeyd edək ki, ən yaxşı futbolçu nominasiyasında daha çox səs toplamış "3-lük"ü indidən bəllidir. Bunlar Ruslan Abışov, Flavinyo və Bahadır Nəsimovdur.

Qeyd edək ki, bugünkü tədbir saat 18:00-da başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti