...

Azərbaycan taekvondoçuları dünya çempionatına hazırlaşır

İdman Materials 15 Oktyabr 2012 15:49 (UTC +04:00)
Azərbaycanın böyüklər və para-taekvondo üzrə seçmə komandaları dünya çempionatında iştirak edəcək.
Azərbaycan taekvondoçuları dünya çempionatına hazırlaşır

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın böyüklər və para-taekvondo üzrə seçmə komandaları dünya çempionatında iştirak edəcək.

Azərbaycan Taekvondo Federasiyasından bazar ertəsi Trend-ə bildiriblər ki, əməkdar məşqçi Əvəz Tağıyevin rəhbərlik etdiyi para-taekvondo üzrə seçmə komanda noyabrın 22-də Arubanın Santa Kruz şəhərində lll dünya çempionatına hazırlıqları İsmayıllı Olimpiya İdman Kompleksində keçirir. İlin son məsul yarışı üçün təlim-məşqlərə qatılan 20-dək idmançı ayın 22-də paytaxta dönəcək.

Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyevin rəhbərlik etdiyi böyüklərdən ibarət heyət isə İsveçrənin Lozanna şəhərində G1 kateqoriyalı "Swiss Open" beynəlxalq turnirinə hazırlaşır. Olimpiya çəki dərəcələrində qarşıdakı yarışın məşqləri Azərbaycan Taekvondo Federasiyasının idman zalında keçirilir. İsveçrənin açıq çempionatı noyabrın 10-11-də keçiriləcək. Hər iki yarış iştirakçılarının heyəti təlim-məşqlərin ardından açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti