...

Azərbaycan Premyer Liqası: IX turun hakim təyinatları

İdman Materials 17 Oktyabr 2012 17:23 (UTC +04:00)
Həftəsonu Azərbaycan Premyer Liqasında IX turun oyunları keçiriləcək.
Azərbaycan Premyer Liqası: IX turun hakim təyinatları

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Həftəsonu Azərbaycan Premyer Liqasında IX turun oyunları keçiriləcək.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, turun oyunlarına hakim təyinatları aşağıdakı kimidir:

19 oktyabr (cümə)
"Neftçi" - "Kəpəz"
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 16:00
Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Əsədov Ramiz, Fərhadov Teymur

20 oktyabr (şənbə)
"Turan" - AZAL
Tovuz şəhər stadionu. Saat 16:00
Hakimlər: Həsənov Rəhim, Əmiraslanov Knyaz, Acalov Elşən, Feyzullayev Feyzulla

"İnter" - "Simurq"
"Şəfa" stadionu. Saat 18:00
Hakimlər: Salmanov Anar, Zeynalov Zeynal, Musayev Vaqif, Məhərrəmov Ramiz

"Qarabağ" - "Bakı"
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00
Hakimlər: Ağayev Əliyar, Musayev Elman, Məmmədov Rza, Əhmədov Ramil

21 oktyabr (bazar)
"Sumqayıt" - "Rəvan"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16:00
Hakimlər: Məmmədov Orxan, Abdullayev Munis, Hüseynov Namiq, Əhmədov Tahir

"Xəzər Lənkəran" - "Qəbələ"
Lənkəran şəhər Mərkəzi stadionu. Saat 17:15
Hakimlər: Cabbarov Rauf, Əliyev İlham, Əsgərov Azər, Yusifov Fariz

Məqalədə:
Xəbər lenti

Xəbər lenti