...

"Kəpəz"in baş məşqçisi iddialı danışdı

İdman Materials 18 Oktyabr 2012 15:02 (UTC +04:00)
Digər oyunlara olduğu kimi bu, görüşə də normal hazırlaşmışıq. Milli komandanın seçmə oyunu ilə əlaqədar çempionatda fasilə yarandığından, məşq etmək üçün vaxtımız çox idi. Hətta deyərdim ki, yaxşı hazırlıq dövrü keçmişik. Amma bunun nəticəsini qarşıdakı matçda görəcəyik. Trend-in məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib
"Kəpəz"in baş məşqçisi iddialı danışdı

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Digər oyunlara olduğu kimi bu, görüşə də normal hazırlaşmışıq. Milli komandanın seçmə oyunu ilə əlaqədar çempionatda fasilə yarandığından, məşq etmək üçün vaxtımız çox idi. Hətta deyərdim ki, yaxşı hazırlıq dövrü keçmişik. Amma bunun nəticəsini qarşıdakı matçda görəcəyik. Trend-in məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

Qurbanov "Neftçi" ilə oyunda qələbə qazanmaq istədiklərini bildirib.

"Neftçi" ilə oyuna qələbə əzmi ilə gedirik. Düzdü, rəqib favoritdi, Avroliqada çıxış edir. Buna baxmayaraq, biz qələbə qazanmaq istəyirik. İnşallah, istədiyimiz nəticəni əldə edərik" baş məşqçi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti