...

Premyer Liqanın X turunda bərabərlik (ƏLAVƏ OLUNUB)

İdman Materials 26 Oktyabr 2012 20:06 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının X turu çərçivəsində bir sıra görüşlər keçirilib.
Premyer Liqanın X turunda bərabərlik (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının X turu çərçivəsində bir sıra görüşlər keçirilib.

Trend-in məlumatına görə, paytaxt derbisində "Bakı" ilə "İnter" qarşılaşıb.

Oyunda qapılara qol vurulmayıb.

"Bakı" FK-nın təlim-məşq bazasının stadionunda keçirilən matçı Vüsal Əliyev idarə edib.

Turun digər görüşündə "Kəpəz" "Sumqayıt"ı qəbul edib.

Bu qarşılaşma da qolsuz bərabərliklə başa çatıb.

Gəncə şəhər stadionunda keçirilən matçda Rəhim Həsənov fit çalıb.

Bu gün keçirilən son oyunda AZAL klubu "Simurq"la qarşılaşıb. AZAL bütün oyun ustün olsada, matçın 93-cü dəqiqəsində qapısında top görüb. Oyun 1:1 hesabı ilə bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti