...

Messi Peleni geridə qoydu

İdman Materials 12 Noyabr 2012 14:17 (UTC +04:00)
"Barselona"nın və Argentina yığmasının 25 yaşlı hücumçusu Lionel Messi İspaniya çempionatının 11-ci turu çərçivəsində "Malyorka" ilə oyunda dubla imza atıb.
Messi Peleni geridə qoydu

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Barselona"nın və Argentina yığmasının 25 yaşlı hücumçusu Lionel Messi İspaniya çempionatının 11-ci turu çərçivəsində "Malyorka" ilə oyunda dubla imza atıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Messi noyabrın 11-də təqvim ilində 75 və 76-cı qollarını vurub. Bu qollar sayəsində argentinalı əfsanəvi Pelenin nailiyyətini üstələyib. Belə ki, braziliyalı 1958-ci ildə təqvim ili ərzində 75 qol vura bilmişdi.

Messi hesabındakı 76 qoldan 64-nü "Barselona"nın, 12-sini isə Argentina millisinin heyətində rəqib qapısından keçirib. Hücumçu orta hesabla bir oyuna 1,29 qol (klubun heyətində 51 oyun, yığmada isə 8 oyun) vurur.

Pele isə 53 oyunda 75 dəfə (orta hesabla bir oyuna 1,41 qol) fərqlənib. Pele 75 qoldan 66-sını "Santos"un heyətində, 9-nu isə millinin heyətində vurub. Qeyd edək ki, təqvim ilində ən çox qol vuran futbolçu isə "Bavariya"nın bombardiri Herd Müllerdir. O, 1972-ci ildə 85 dəfə rəqib qapıçıları məyus etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti