...

Milli Paralimpiya Komitəsində vitse-prezident vəzifəsi bərpa edilib

İdman Materials 7 Dekabr 2012 17:38 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə Komitənin iclası keçirilib.
Milli Paralimpiya Komitəsində vitse-prezident vəzifəsi bərpa edilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə Komitənin iclası keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, Rəhimov çıxışında Paralimpiya Komitəsində vitse-prezident vəzifəsinin bərpa olunmasına dair fikir bildirib və bununla bağlı müzakirə aparılıb.

Dəstəklənmiş namizəd kimi Natiq Misir oğlu Qasımovun namizədliyi təqdim edilib və Komitə üzvləri tərəfindən təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti