...

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər (ƏLAVƏ OLUNUB)

İdman Materials 6 Fevral 2013 18:12 (UTC +04:00)
Boks üzrə milli komandamız təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak etmək üçün Qazaxıstana yollanıb.
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Boks üzrə milli komandamız təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak etmək üçün Qazaxıstana yollanıb.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmamız fevralın 12-dək yerli komanda ilə birgə hazırlıq keçəcək. Fevralın 14-də isə 4 komanda - Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ukraynanın iştirak edəcəyi beynəlxalq turnirə start veriləcək.

Yarış fevralın 17-dək davam edəcək. Döyüşlər hər gün yerli vaxtla saat 14:00 və 17:00-da Astana şəhərindəki "Daulet" idman kompleksində keçiriləcək.

Komandamızın heyəti

49 kq: Münasib Məmmədov
52 kq: Tural Əhmədov, Əbdürrəhman Şirinov
56 kq: Samir Məmmədov, İlkin Ağayev, Cavid Çələbiyev
60 kq: Şaban Şahpələngov, Elvin İsayev
64 kq: Heybətulla Hacəliyev
69 kq: Tamerlan Abdullayev, Bəhruz Babayev
75 kq: Soltan Migitinov, Emil Əhmədov
81 kq: Rauf Rəhimov
91 kq: Teymur Məmmədov
91+kq: Kamran Mehdiyev, Əsxab Abdulxaliqov, Aleksandr Babiç

Qeyd edək ki, heyətə cəlb olunanlardan Babiç baş məşqçi Vladimir Zolotaryovun tövsiyəsi ilə Ukraynadan dəvət olunub. 18 yaşlı gənc boksçunun təlim-məşq toplanışlarında Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev kimi boksçulara sparinq-rəqib olması nəzərdə tutulub. Ötən il peşəkar boksçu Vladimir Kliçko Darek Çisora ilə döyüşə hazırlaşarkən, Kiyevdə bir müddət Babiçlə məşq edib. O, Kliçko kimi millimizin baş məşqçisi Vladimir Zolotaryovun yetirməsidir.

Dünya çempionu Məhəmmədrəsul Məcidov, Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Abdulqadir Abdullayev "Baku Fires" klubunun heyətində olduqlarından Qazaxıstana getməyiblər. Avropa çempionu Salman Əlizadə isə xəstəlik səbəbindən toplanışda iştirak etmir.

Artıq Ukrayna komandası Qazaxıstana aparacağı heyəti açıqlayıb. Baş məşqçi Dmitri Sosnovski təlim-məşq toplanışı və beynəlxalq turnirə 13 boksçu aparacaq. Heyətə Bakıda keçirilən dünya çempionatının qalibi Yevgeni Xitrov (75 kq), tələbələr arasında dünya çempionu Aleksandr Qanzulya (81 kq), Olimpiya Oyunlarının iştirakçısı Pavlo İşenko (60 kq), Aleksandr Şepelyuk (52 kq) və Boqdan Şelestyuk (69 kq) kimi tanınmış idmançılar cəlb olunub.

Ukrayna komandasının heyəti
49 kq: Nazar Kurotçin
52 kq: Aleksandr Şepelyuk
56 kq: Oleq Prudkiy
60 kq: Pavlo İşenko, Dmitro Çernyak
64 kq: Oleq Neklyudov
69 kq: Yevgeni Barabanov, Denis Lazarev, Boqdan Şelestyuk
75 kq: Yevgeni Xitrov
81 kq: Aleksandr Qanzulya
91 kq: Arsen Azizov
91+kq: Dmitro Rudenkiy

Məqalədə:
Xəbər lenti

Xəbər lenti