...

FIFA danışılmış oyunlarla bağlı sayt açıb

İdman Materials 7 Fevral 2013 14:04 (UTC +04:00)
FIFA bütün şübhəli oyunlar və danışılmış matçlar barədə ali futbol qurumunu məlumatlandırmaq üçün xüsusi sayt açıb.
FIFA danışılmış oyunlarla bağlı sayt açıb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

FIFA bütün şübhəli oyunlar və danışılmış matçlar barədə ali futbol qurumunu məlumatlandırmaq üçün xüsusi sayt açıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, www.bkms-system.net saytına göndərilən məlumat FIFA-nın etik kodeksinin pozulduğunu göstərərsə, həmin informasiya dərhal FIFA-nın etika komissiyasının sədri Maykl Qarsiyaya göndərilir.

Qarsiyanın sözlərinə görə, komissiya istisnasız olaraq bütün şikayətlərə baxacaq. Sayt 4 dildə - ingilis, fransız, alman və ispan dillərində fəaliyyət göstərir.

FIFA bu saytı korrupsiya və danışılmış oyunlarla mübarizənin tərkib hissəsi kimi nəzərdən keçirir. Təşkilatdan bildiriblər ki, yalnız milli və ya qitə federasiyalarının diqqətindən kənarda qalan şikayətlərə baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti