...

Barselonanın argentinalı futbolçusu Lionel Messi katalon klubu ilə müqaviləsini artırıb

İdman Materials 8 Fevral 2013 07:04 (UTC +04:00)
"Qızıl top" titulunun 4 qat qalibi ilə imzalanan yeni sazişə görə, Messi 2017/18 il futbol mövsümünün sonunadək Barsa-da top qovacaq. Bu haqda Trend İspaniya mətbuatına istinadən xəbər verir.
Barselonanın argentinalı futbolçusu Lionel Messi katalon klubu ilə müqaviləsini artırıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Qəzvini/

"Qızıl top" titulunun 4 qat qalibi ilə imzalanan yeni sazişə görə, Messi 2017/18 il futbol mövsümünün sonunadək Barsa-da top qovacaq. Bu haqda Trend İspaniya mətbuatına istinadən xəbər verir. Bundan əvvəlki müqavilədə isə Messinin 2016-cı ilin yayınadək kataloniyada qalması nəzərdə tutulurdu.

Dünya şöhrətli futbolçunun qazancına gəlincə, o birinciliyi burda da əldən verməyib. Məlum olub ki, argentinalı ulduzun əmək haqqı bonuslar şəklində artırılacaq. Yeni sazişlə Leonel ildə nə az 34,5 milyon avro qazanc əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti