...

Millimiz III yer uğrunda mübarizə aparacaq

İdman Materials 9 Fevral 2013 17:17 (UTC +04:00)
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Open Beach Soccer League 2013” turnirində yarımfinal oyunu keçirib.
Millimiz III yer uğrunda mübarizə aparacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Open Beach Soccer League 2013" turnirində yarımfinal oyunu keçirib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Rusiyanın "Kristall" komandası ilə qarşılaşan millimiz 3:4 hesabı ilə məğlub olub. Orxan Məmmədov bu qarşılaşmada dubl edib. 1 dəfə isə Ramil Əliyev fərqlənib.

Millimiz turnirdə son oyununu sabah - fevralın 10-da, saat 12:30-da keçirəcək. III yer uğrunda qarşılaşmada komandamızın rəqibi Sankt-Peterburq şəhərini təmsil edən "Golden" olacaq.

Xatırladaq ki, "Open Beach Soccer League 2013" turnirinin qrup mərhələsində millimiz Rusiyanın "Podvodnik" və ELMONT komandalarına, müvafiq olaraq, 5:1 və 5:3 hesabı ilə qalib gəlmiş, "Golden" komandasına isə məğlub olmuşdu - 0:2.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti