...

Azərbaycanın qadın güləşçiləri beynəlxalq yarışda iştirak edəcəklər

İdman Materials 12 Fevral 2013 10:19 (UTC +04:00)
Qadın güləşçilər Bolqarıstanda ilin ilk sınağına çıxacaq.
Azərbaycanın qadın güləşçiləri beynəlxalq yarışda iştirak edəcəklər

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Qadın güləşçilər Bolqarıstanda ilin ilk sınağına çıxacaq.

Azərbaycan Güləş Federasiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, fevralın 15-17-də Bolqarıstanın Plovdiv şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə 51-ci beynəlxalq turnir keçiriləcək. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə keçiriləcək yarışlarda ölkəmizi yalnız qadın güləşçilər təmsil edəcək.

Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığma komandanın 10 üzvü turnirdə iştirak edəcək. Heyətdə Patimat Baqomedova, Şəfəq Muradzadə (hər ikisi 48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Alyona Kolesnik, İrina Netreba (hər ikisi 59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq), Dina İvanova və Səbirə Əliyeva (hər ikisi 72 kq) yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ölkəmizi təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti