...

Azərbaycanlı hakim güləş üzrə beynəlxalq turnirdə baş koordinator olacaq

İdman Materials 12 Fevral 2013 13:24 (UTC +04:00)
1-2 mart 2013-cü il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək.
Azərbaycanlı hakim güləş üzrə beynəlxalq turnirdə baş koordinator olacaq

Azərbaycan, Bakı, 12 fevral /Trend/

1-2 mart 2013-cü il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirin baş koordinatoru federasiyanın baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov olacaq. O, FILA-nın nümayəndəsi kimi yarışların təşkilinə və gedişinə nəzarət edəcək.

Turnirdə ölkəmizin qadın güləşçilərdən ibarət yığma komandasının da iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti