...

Azarkeşlər "Qarabağ" və "Xəzər Lənkəran" klublarını ziyana saldı

İdman Materials 12 Fevral 2013 15:06 (UTC +04:00)
Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda qəbul edilən qərarlara əsasən, fevralın 9-da Premyer Liqanın XIX turunun “Rəvan” - “Turan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azarkeşlər "Qarabağ" və "Xəzər Lənkəran" klublarını ziyana saldı

Azərbaycan, Bakı, 12 fevral /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda qəbul edilən qərarlara əsasən, fevralın 9-da Premyer Liqanın XIX turunun "Rəvan" - "Turan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. XIX turun AZAL - "Simurq" matçının 62-ci dəqiqəsində "Simurq" klubunun 3 №-li futbolçusu Rasim Ramaldanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XIX turunun "Qəbələ" - "Qarabağ" matçının 30 və 54-cü dəqiqələrində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

Fevralın 10-da XIX turun "Bakı" - "Sumqayıt" oyununun 59-cu dəqiqəsində "Bakı" klubunun 5 №-li futbolçusu Aqil Nəbiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

XIX turun "Xəzər Lənkəran" - "İnter" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

"Simurq" klubu Premyer Liqanın 20 dekabr 2012-ci il tarixində keçirilmiş "Simurq" - "Rəvan" matçında klubun futbolçularına göstərilmiş sarı vərəqələrin ləğv edilməsi ilə bağlı İntizam Komitəsinə müraciət edib. Lakin İntizam Kodeksinə uyğun olaraq, "Simurq" klubunun bu müraciəti əsassız hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti