...

I Avropa Olimpiya Oyunlarının loqosunun, medallarının və məşəlinin dizaynlarının müəyyənləşdirilməsi üçün müsabiqə elan edilib

İdman Materials 13 Fevral 2013 10:39 (UTC +04:00)
Avropa Olimpiya Komitəsi I Avropa Oyunlarının loqosunun, medallarının və məşəlinin dizaynlarının müəyyənləşdirilməsi üçün müsabiqə elan edib.
I Avropa Olimpiya Oyunlarının loqosunun, medallarının və məşəlinin dizaynlarının müəyyənləşdirilməsi üçün müsabiqə elan edilib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

I Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunlarla bağlı loqosun, medalların və məşəlin dizaynlarının müəyyənləşdirilməsi üçün müsabiqə elan edib.

I Avropa Olimpiya Komitəsinin Təşkilat Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar kimi fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər.

İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər və təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır.

Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud dizaynların elementlərini təkrarlamayan nümunələr təqdim edilməlidir. Təqdim olunan işlər və ərizə forması fevralın 23-ə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.

Müsabiqədə I yerə layiq görülənlərə 5000, II yerə layiq görülənlərə (laureat) 3000, III yerə layiq görülənlərə (laureat) 2000 manat mükafat veriləcək.

Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin 8 dekabr 2012-ci il tarixində Romada keçirilən Baş Assambleyasında I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərar qəbul edilib. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti