...

ABŞ güləşçiləri Bakıya gəliblər

İdman Materials 14 Fevral 2013 15:11 (UTC +04:00)
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışı keçiriləcək. Fevralın 21-22-də baş tutacaq yarışda Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək. Bu barədə Trend-ə Güləş Federasiyasından məlumat verilib.
ABŞ güləşçiləri Bakıya gəliblər

Azərbaycan, Bakı, 14 fevral /Trend/

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışı keçiriləcək. Fevralın 21-22-də baş tutacaq yarışda Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək. Bu barədə Trend-ə Güləş Federasiyasından məlumat verilib.

ABŞ sərbəst güləşçiləri Dünya Kuboku öncəsi son hazırlıq məşqlərini Bakıda Azərbaycan güləşçiləri ilə birgə keçirir.

Fevralın 12-dən etibarən paytaxtımızda olan ABŞ komandasının heyətində 11 güləşçi yer alıb. Onların arasında Dünya çempionatlarının mükafatçıları, eləcə də London Olimpiya Oyunlarının 74 kq çəki dərəcəsində qalibi Jordan Burroughs da var.

Məşqçilər Zeke Cons və Endi Hrovatın rəhbərliyi altında ölkəmizdə səfərdə olan ABŞ güləşçiləri fevralın 19-da təlim-məşq toplanışını başa vuracaq və İran İslam Respublikasına yollanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti