...

Azərbaycan atleti beynəlxalq turnirdə ikinci yeri tutub

İdman Materials 14 Fevral 2013 17:22 (UTC +04:00)
Azərbaycan idmançısı Hayle İbrahimov Fransada keçirilən beynəlxalq turnirdə 3000 metr məsafəni 7.39.79 nəticəyə qət edərək ikinci yerə layiq görülüb.
Azərbaycan atleti beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan idmançısı Hayle İbrahimov Fransada keçirilən beynəlxalq turnirdə 3000 metr məsafəni 7.39.79 nəticəyə qət edərək ikinci yerə layiq görülüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu nəticə ilə o, yeni ölkə rekorduna nail olub.

Qeyd edək ki, Hayle İbrahimov on gün əvvəl Almaniyanın Karlsrue şəhərində keçirilmiş beynəlxalq turnirdə həmin məsafəni 7.41.49 nəticə ilə qət edərək üçüncü olmuşdu.

Hazırda atletimiz Avropanın lideridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti