...

"Bankirlər" "müflis" olmadı

İdman Materials 17 Fevral 2013 18:53 (UTC +04:00)
Bu gün Premyer Liqada 20-ci tura yekun vurulub. Trend-in verdiyi məlumata görə, ikinci oyun günündə üç qarşılaşma baş tutub ki, bunlardan da ikisini mərkəzi oyun hesab olunub.
"Bankirlər" "müflis" olmadı

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Bu gün Premyer Liqada 20-ci tura yekun vurulub. Trend-in verdiyi məlumata görə, ikinci oyun günündə üç qarşılaşma baş tutub ki, bunlardan da ikisini mərkəzi oyun hesab olunub.

Səfərdə "Simurq"un qonağı olan "Neftçi" qələbə qazanaraq, xallarının sayını 38 çatdırmaqla liqada ikinci yerə yüksəlib. "Simurq"-"Neftçi" 0:2

Turun digər mərkəzi oyunu lider "İnter"lə birinci altılıqda mövqeyini qorumaq istəyən "Qəbələ" arasında keçirilib. Bu görüşdə "Qəbələ" müdafiə xəttinin kobud səhvləri ucbatından 1:2 hesabı ilə uduzub. Bu məğlubiyyətə görə "Qəbələ" ilk altılıqda qala bilməyib.

Çünki, 20-ci turun daha bir qarşılaşması ilk altılığa qayıtmaq istəyən "Xəzər Lənkəran"la "Turan" arasında olub. Qarşılaşmada 4:2 hesabı ilə qələbə qazanan "Xəzər Lənkəran" 27 xalla ilk altılığa düşüb.

Bununla da, Premyer Liqada başa çatan 20-ci turun yekununda lider dəyişməz olaraq qalıb. "İnter" liqada 40 xalla öz təkhakimiyyətliliyini qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti