...

Bu gün Londonda "döyüş" olacaq

İdman Materials 19 Fevral 2013 06:27 (UTC +04:00)
Bu gün ötən həftədən startı verilən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam etdiriləcək.
Bu gün Londonda "döyüş" olacaq

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bu gün ötən həftədən startı verilən Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam etdiriləcək.

Trend-in məlumatına görə, futbol sevərlər iki oyun izləyə biləcək. Ən çox maraq doğuran qarşılaşma Londonda yerli "Arsenal"la Münhenin "Bavariya" komandaları arasında olacaq.

Digər oyunda "Porto" "Malaqa"nı qəbul edəcək.

Bu mərhələnin sonuncu iki qarşılaşması - "Milan" - "Barselona" və "Qalatasaray" - "Şalke" oyunu isə sabah baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti