...

FIFA MDB çempionatının təşkili barədə ideyanı dəstəkləməyəcək

İdman Materials 19 Fevral 2013 12:45 (UTC +04:00)
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) heç vaxt MDB çempionatının təşkili haqqında ideyanı dəstəkləməyəcək.
FIFA MDB çempionatının təşkili barədə ideyanı dəstəkləməyəcək

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) heç vaxt MDB çempionatının təşkili haqqında ideyanı dəstəkləməyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İTAR-TASS-a FIFA-nin İsveçrənin Sürix şəhərində yerləşən mənzil-qərargahından bazar ertəsi Moskvada "Birləşmiş çempionat"ın Təşkilat Komitəsinin iclasını şərh edərkən bildiriblər.

İclasda Rusiyanın Futbol Premyer Liqasının (RFPL), Rusiya və Ukraynanın bir sıra klublarının rəhbərləri iştirak ediblər.

"MDB çempionatının yaradılması FIFA-nın prinsiplərinə ziddir, ona görə də FIFA heç vaxt bu ideyanı dəstəkləməyəcək. Klublar klub yarışları təşkil etməlidirlər, lakin milli çempionatlar çərçivəsində. Milli liqaları dəstəkləmək lazımdır", - İTAR-TASS dünya futbolunun rəhbər orqanı prezidenti Yozef Blatterin sözlərindən sitat gətirir.

Blatterin sözlərinə görə, "bütün futbol ailələrinin siyasəti belədir".

"Biz heç vaxt milli çempionatların sərhədlərinə yenidən baxmayacağıq. Avropada təkcə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Çempionlar Liqası kimi transsərhəd klub yarışları təşkil etmək hüququ var. Başqa konfederasiyalara da eyni cür yanaşılır, misal üçün, Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) təşkil etdiyi Libertadores Kuboku", - Blatter bildirib.

O qeyd edib ki, FIFA heç vaxt belə layihəyə icazə verməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti