...

UEFA Çempionlar Liqası: qonaq "Bavariya" "Arsenal"-ı məğlub etdi

İdman Materials 20 Fevral 2013 01:37 (UTC +04:00)
Çərşənbə axşamı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti matçları keçirilib.
UEFA Çempionlar Liqası: qonaq "Bavariya" "Arsenal"-ı məğlub etdi

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Çərşənbə axşamı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti matçları keçirilib.

Günün mərkəzi görüşündə Londonda "Arsenal" "Bavariya"-nı qəbil edirdi. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bavariyadan oyunun 7-ci dəqiqəsində Kroos, 21-ci dəqiqədə Müller, 77-ci dəqiqədə isə Mandjukiç fərqləniblər. "Topçular" bu qollara yalnız 55-ci dəqiqədə Podolskinin vurduğu topla cavab verə bildilər.

Günün digər matçında isə "Portu" İspaniyanın "Malaqa" klubu ilə qarşılaşıb. Portuqallar minimal hesabla üstün olublar - 1:0. Qol Moutinyonun aktivindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti