...

Azərbaycanın sərbəst güləşçiləri Dünya Kubokunda 9-cu yerlə kifayətləndilər

İdman Materials 22 Fevral 2013 13:51 (UTC +04:00)
Fevralın 21-22-də sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. Sərbəst güləş yarışlarında Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak ediblər.
Azərbaycanın sərbəst güləşçiləri Dünya Kubokunda 9-cu yerlə kifayətləndilər

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Fevralın 21-22-də sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilib. Sərbəst güləş yarışlarında Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak ediblər.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Rusiya, Türkiyə, Belarus və Qazaxıstanla birgə "A" yarımqrupunda, İran, Bolqarıstan, ABŞ, Yaponiya və Gürcüstan komandaları isə "B" yarımqrupunda mübarizə aparıb.

Azərbaycan güləşçiləri ilk görüşünü Rusiya yığmasına qarşı keçirib. Görüş Rusiya təmsilçilərinin qələbəsi ilə başa çatıb. Yarımqrupun ikinci görüşündə Belarus güləşçiləri ilə qarşılaşan yığmamız gərgin keçən görüşdən 4:3 hesablı qalibiyyətlə ayrılıb. Komandamızın növbəti görüşü Qazaxıstan güləşçiləri ilə olub, ancaq bu dəfə də güləşçilərimiz rəqiblərindən üstün ola bilməyiblər. Yarımqrupda son görüş Türkiyə yığmasına qarşı keçirilib, görüş 5:2 hesabı ilə Türkiyə güləşçilərinin qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə yığmamız yarımqrupda sonuncu yeri tutub və digər yarımqrupun sonuncusu olan Bolqarıstan güləşçiləri ilə qarşılaşıb. Rəqibə heç bir şans verməyən güləşçilərimiz tam üstünlüklə qalib gələrək Dünya Kubokunu 9-cu sırada tamamlayıb.

Finalda isə Rusiya və İran komandaları yarışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti