• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İdman

Azad Rəhimov: Bakıda I Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində yoxlamalar aparılır

23 Fevral 2013 12:54 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarına hərtərəfli hazırlıq gedir. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 1970-80-ci illərdə tikilmiş idman qurğularının vəziyyəti öyrənilir. Bu qurğuların hansı səviyyədə təmir, yenidənqurma və əlavə işlərin aparılmasına ehtiyac olduğu müəyyənləşdirilir. Artıq müəyyən çatışmazlıqlar da qeydə alınıb.

"Yoxlamaların nəticələrinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin məşq zalları təmir edilməlidir. Atıcılıq stendində yeni stend tikilməlidir. Tüfəng və tapança tiri üçün zal tikmək lazımdır. Bakı İdman Sarayında işlər aparılmalıdır. Orada sanitar qovşağı qaydaya salınmalı, əlavə oturacaqlar qoyulmalıdır. Sarayda 4 idman növü üzrə - taekvondo, karate, badminton və stolüstü tennis yarışlarının keçirilməsi nəzərdə tutulub. Həmçinin tribunalar, restoran və kafelər tikilməlidir", - Rəhimov deyib.

Nazir qeyd edib ki, işlər o qədər də böyük olmasa da, yüksək peşəkarlıq tələb edir.

Rəhimov bildirib ki, Su-Hovuz Kompleksi, Olimpiya Futbol Stadionu və Gimnastika Kompleksinin tikintisi davam etdirilir. Onun fikrincə, bu qurğular tam yüksək səviyyəli, bütün standartlara cavab verən obyektlər olacaq.

Gənclər və idman nazirinin sözlərinə görə, hələlik Bakıda "Olimpiya kəndi"nin tikilməsi nəzərdə tutulmayıb.

Nazirin sözlərinə görə, hələ ki görüləcək işlər üçün tələb olunan xərcləri hesablamaq qeyri-mümkündür.

"Bunun üçün smeta tutulmalıdır, qiymətqoyma keçirilməlidir. Bu, nə bir günün, nə də bir ayın məsələsidir. Avropa Olimpiya Komitəsinin də xahişidir ki, artıq pullar xərclənməsin. Yəni burada iri obyektlər tikilib sonra boş qalmasın və dövlətin puluna hərtərəfli qənaət olunsun", - Rəhimov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Azad Rəhimov
Azernews Newspaper
Digər xəbərlər
Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bu sahədə böyük dönüş yarandı - Nazir
Siyasət 12 Aprel 19:06
Bakıda daha bir qlobal forum keçiriləcək (FOTO)
Siyasət 4 Aprel 11:49
Bədən tərbiyəsi və idman günü ilə bağlı təltifetmə mərasimi keçirilib (FOTO)
İdman 5 Mart 14:31
"Formula 1"ə hazırlıqla bağlı nazirdən AÇIQLAMA: İşlərin 70 faizi görülüb
Cəmiyyət 5 Mart 11:41
Nazir bu il Azərbaycanın ev sahibliyi edəcəyi yarışlardan danışdı: Ölkəmizin inkişafına xidmət edəcək
Nəzər nöqtəsi 13 Fevral 10:47
Azad Rəhimov: Azərbaycan gəncləri seçkilərdə yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək
Gündəm 9 Fevral 18:29
Nazir: Bu il iki rayonda olimpiya idman kompleksi açılacaq
İdman 9 Fevral 16:08
Azad Rəhimov: Gənclər evlərini dünyanın ən qabaqcıl texnologiyaları ilə təmin etməyə çalışırıq
Siyasət 19 Dekabr 2017 16:00
Nazir: Azərbaycan gənclərlə iş sahəsində ən qabaqcıl ölkələrdən biridir
Siyasət 18 Dekabr 2017 16:42
Azad Rəhimov Monakoda 10-cu Sülh və idman forumunda iştirak edir
İdman 8 Dekabr 2017 19:03
Azad Rəhimov: Azərbaycan Gimnastika Federasiyası Mehriban Əliyevanın rəhbərliyi altında böyük inkişaf yolu keçib (ÖZƏL)
Cəmiyyət 2 Dekabr 2017 16:23
Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək (FOTO)
Cəmiyyət 25 Noyabr 2017 19:25
Azad Rəhimov Minskə səfər edəcək
İdman 20 Sentyabr 2017 14:26
Azad Rəhimov: "Qarabağ"ın qələbəsi Azərbaycan futbolu tarixində yeni bir səhifə oldu
Siyasət 24 Avqust 2017 11:19
Azad Rəhimov Kazana gedib
İdman 14 İyul 2017 10:19
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında bilet satışından nə qədər gəlir əldə etdi?
İdman 23 May 2017 16:31
Azad Rəhimov: IV İslam Həmrəyliyi Oyunları bəlkə də Rio Olimpiadasından daha yüksək səviyyədə keçirildi
Cəmiyyət 23 May 2017 16:16
Nazir: İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik ən yüksək səviyyədə təmin olunacaq
İdman 1 May 2017 15:35
Ən çox oxunanlar
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Azərbaycanın ikinci peykinin buraxılışı təxirə salındı - SƏBƏB? (YENİLƏNİB)
Artıq “WhatsApp”a hamı daxil ola bilməyəcək - Yaş həddi...
Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb
Yeni nazirdən məktəbəqədər təhsil müəssisələrinin yenidən nazirliyin tabeliyinə verilməsi məsələsinə münasibət
Nəzər nöqtəsi
Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter