...

"Neftçilər" "bankirləri" "müflis edib"

İdman Materials 24 Fevral 2013 12:18 (UTC +04:00)
Bu gün Premyer Liqada 21-ci tura yekun vurulacaq. Trend-in məlumatına görə, son oyun günündə turnir cədvəlinin son pillələrində qarşılaşan iki komanda - "Sumqayıt"la "Turan" üz-üzə gələcək. Bu oyunda təhlükəli zonadan uzaqlaşmaq üçün hər iki komandaya qələbə çox vacibdir
"Neftçilər" "bankirləri" "müflis edib"

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bu gün Premyer Liqada 21-ci tura yekun vurulacaq. Trend-in məlumatına görə, son oyun günündə turnir cədvəlinin son pillələrində qarşılaşan iki komanda - "Sumqayıt"la "Turan" üz-üzə gələcək. Bu oyunda təhlükəli zonadan uzaqlaşmaq üçün hər iki komandaya qələbə çox vacibdir.

Lakin dünən Premyer Liqada keçirilmiş oyunların nəticələrindən sonra lider dəyişib. Belə ki, fevralın 23-də "Neftçi" "İnter"ə 2:0 hesabı ilə qalib gəlib. Bununla da "Neftçi" 41 xalla turnir cədvəlinə başçılıq edir.

İlk "altılıq" uğrunda yarışan "Qəbələ" ilə "Xəzər Lənkəran"ın oyunu da az maraq doğurmurdu. Bu görüşdə qalib gələn "Qəbələ" ilk altılıqda yerini rəsmiləşdirən beşinci komanda olub.

Günün sonuncu oyununda AZAL "Kəpəz"i qəbul edib. İlk "altılıq" şanslarını az da olsa saxlayan AZAL 3:0 hesabı ilə qalib gəlib.

"Qəbələ" - "Xəzər Lənkəran" - 2:0

"Neftçi" - "İnter" - 2:0

AZAL - "Kəpəz" - 3:0

Xəbər lenti

Xəbər lenti