...

Azərbaycan sablyaçıları Dünya kubokunda 4-cü oldular

İdman Materials 25 Fevral 2013 13:35 (UTC +04:00)
Fevralın 22-24-də Belçikanın Gent şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya kuboku yarışı keçirilib. Yarışda Azərbaycanı “Neftçi” İSM-in üzvləri Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bunyadova bacıları təmsil ediblər.
Azərbaycan sablyaçıları Dünya kubokunda 4-cü oldular

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Fevralın 22-24-də Belçikanın Gent şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında Dünya kuboku yarışı keçirilib. Yarışda Azərbaycanı "Neftçi" İSM-in üzvləri Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bunyadova bacıları təmsil ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi yarışlarda idmançılarımızdan ən yaxşı nəticəni Sevil Bunyadova göstərib. O, 160 idmançı arasında 20-ci olub.

Komanda yarışında isə qızlarımızın çıxışını uğurlu saymaq olar. Belə ki, dünya reytinqində 8-ci olduğumuz üçün komandamız yarışlara 1/16 finaldan yox, 1/8-dən başlayıb və ilk rəqibi dünya reytinqində 9-cu olan Almaniya yığması olub. Azərbaycan yığması Almaniya komandasına 45:28 hesabı ilə qalib gəlib. ¼ finalda isə qılıncoynadanlarımız dünya çempionu Rusiya yığmasını çoxlarının gözləmədiyi halda məğlub ediblər - 45:41.

Yarımfinalda İtaliya yığmasına 43:45 hesabı ilə uduzan qızlarımız, 3-cü yer uğrunda ABŞ idmançıları ilə qarşılaşıblar. Heyətində olimpiya çempionu və mükafatçılarının yer aldığı Amerika komandasına 35:45 hesabı ilə məğlub olan qızlarımız Dünya kubokunu 4-cü yerdə başa vurmaqla, ümumi reytinqdə 7-ci yerə yüksəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti