...

AFFA klubları cərimələdi

İdman Materials 26 Fevral 2013 15:16 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA klubları cərimələdi

Azərbaycan, Bakı, 26 fevral /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda bir sıra qərarlar qəbul edilib. Fevralın 22-də Premyer Liqanın XXI turunun "Simurq" - "Bakı" matçında "Simurq" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matç başa çatdıqdan sonra "Bakı" klubunun futbolçuları tərəfindən stadionun soyunub-geyinmə otağının qapısı sındırıldığı üçün "Bakı" klubu dəymiş zərərə uyğun olaraq "Simurq" klubunun təqdim edəcəyi hesab əsasında ödəmə edəcək.

XXI turun "Rəvan" - "Qarabağ" oyununun 67-ci dəqiqəsində "Rəvan" klubunun 20 №-li futbolçusu Miloş Adamoviç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunur.

Fevralın 23-də Premyer Liqanın XXI turunun "Qəbələ" - "Xəzər Lənkəran" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun 3 №-li futbolçusu Vauderson Skarduelli aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, kub 3000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

XXI turun "Neftçi" - "İnter" matçının 1-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr meydançaya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti