...

Azərbaycanın qadın boksçuları Almaniyada beynəlxalq turnirə yola düşürlər

İdman Materials 27 Fevral 2013 20:41 (UTC +04:00)
Boks üzrə qadınlardan ibarət milli komandamız 14 gün Qəbələ Olimpiya Kompleksində təlim-məşq toplanışı keçdikdən sonra Bakıya qayıdıb. Komandamız fevralın 28-dən martın 3-dən Almaniyanın Hamburq şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlığını artıq başa vurub.
Azərbaycanın qadın boksçuları Almaniyada beynəlxalq turnirə yola düşürlər

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Boks üzrə qadınlardan ibarət milli komandamız 14 gün Qəbələ Olimpiya Kompleksində təlim-məşq toplanışı keçdikdən sonra Bakıya qayıdıb. Komandamız fevralın 28-dən martın 3-dən Almaniyanın Hamburq şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlığını artıq başa vurub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, orada baş məşqçi Şamil Məhəmmədbəyovun rəhbərliyi altında 7 boksçumuz - Ceyran Dadaşova (48 kq), Anaxanım Ağayeva (51 kq), Alina Hacıyeva (81+kq), Əzizə Abbasova (51 kq), Leyla Həsənova (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (81 kq+) mübarizə aparacaqlar. Bu yarışın yekunlarına əsasən 3 boksçumuz apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək Feliks Stamın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə güclərini sınayacaqlar.

Qeyd edək ki, qadın boksçularımız üçün 2013-cü ilin ilk yarısının ən önəmlisi yeniyetmə və gənclər qızlar arasında dünya birinciliyidir. Bu yarışın mayda İtaliyanın Kataniya şəhərində keçirilməsi nəzərdə tutulsa da, təşkilatçı ölkə maliyyə çətinliyinə görə bundan imtina edib. AIBA hazırda dünya birinciliyini keçirmək üçün digər federasiyalarla danışıq aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti