...

“Real” Madrid “El Klassiko”ya ikinci heyətlə çıxacaq

İdman Materials 2 Mart 2013 11:02 (UTC +04:00)
“Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo bu gün keçiriləcək “Barselona” ilə görüşə ikinci heyətlə cıxacaq.
“Real” Madrid “El Klassiko”ya ikinci heyətlə çıxacaq

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.Tanrıverdiyev/

"Real Madrid" klubunun baş məşqçisi Joze Mourinyo bu gün keçiriləcək "Barselona" ilə görüşə ikinci heyətlə cıxacaq. Bu barədə Trend şənbə günü ispaniyanın Marca qəzetinə istinadən məlumat yayıb.

Bununla da, Mourinyo əsas heyətin oyunçularına Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"-lə keçiriləcək cavab oyununa qədər istirahət verəcək.

"Barselona" ilə oyunda "Real"-in heyətində müdafiəçi Rafael Varan, yarımmüdafiəçilər Xabi Alonso, Anhel Di Maria, Məsut Özil, hücumçulardan isə Qansola Hiquain ehtiyatda qalacaq. Onların əvəzinə isə, ilk dəqiqələrdən meydana Pepe, Esyen, Kalexon, Kaka və Kərim Benzema meydana çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti