...

"Mançester Yunayted"in forvardı klubu tərk etmək istəyir

İdman Materials 2 Aprel 2013 15:57 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" komandasının hücumçusu Xavyer Ernandes gələn mövsüm digər klubda çıxış etmək istədiyini bildirib.
"Mançester Yunayted"in forvardı klubu tərk etmək istəyir

Azərbaycan, Bakı, 2 aprel /Trend/

İngiltərənin "Mançester Yunayted" komandasının hücumçusu Xavyer Ernandes gələn mövsüm digər klubda çıxış etmək istədiyini bildirib.

Trend-in çərşənbə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, 24 yaşlı meksikalı oyun təcrübəsi qazanmaq üçün digər kluba icarəyə verilməsini istəyir.

Son vaxtlar Ernandes klubun heyətində meydançaya nadir hallarda çıxır. Bununla belə, "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyuson deyib ki, hücumçuya güvənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti