...

Messi 3 həftəyə qədər meydanlardan kənar qala bilər

İdman Materials 3 Aprel 2013 11:26 (UTC +04:00)
Argentina millisinin və “Barselona” klubunun hücumçsu Lionel Messi UEFA Çempionlar liqasının 1\4 mərhələsində Fransanın “PSJ” klubu ilə keçirilən oyunun birinci hissəsində zədələnib və fasilə zamanı digər oyunçu ilə əvəz olunub.
Messi 3 həftəyə qədər meydanlardan kənar qala bilər

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Tanrıverdiyev/

Argentina millisinin və "Barselona" klubunun hücumçsu Lionel Messi UEFA Çempionlar liqasının 1\4 mərhələsində Fransanın "PSJ" klubu ilə keçirilən oyunun birinci hissəsində zədələnib və fasilə zamanı digər oyunçu ilə əvəz olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "sport.es" portalı xəbər yayıb.

İlkin tibbi nəticələrə görə, Messi 3 həftəyə qədər futbol meydanlarından kənar qala bilər. Əgər keçirələçək ətraflı tibbi müayinədən sonra diaqnoz dəyişməzsə, Messi "PSJ"lə olan cavab oyununu, həmçinin, İspaniya çempionatında "Malyorka", "Saraqosa", və "Levante"yə qarşı oyunları buraxmalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti