...

Əlillər arasında boulinq üzrə ilk çempionat keçirilib (FOTO)

İdman Materials 8 Aprel 2013 13:35 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibəti ilə aprelin 6-da «Bakı əyləncə mərkəzi»ndə əlillər arasında boulinq üzrə ilk çempionat keçirilib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bazar ertəsi daxil olan məlumatda deyilir.
Əlillər arasında boulinq üzrə ilk çempionat keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibəti ilə aprelin 6-da "Bakı əyləncə mərkəzi"ndə əlillər arasında boulinq üzrə ilk çempionat keçirilib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bazar ertəsi daxil olan məlumatda deyilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Milli Paralimpiya Komitəsinin təşkilati, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən yarışın açılışında nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri, yarışın təşkili üzrə koordinator və münsiflər heyətinin üzvü İskəndər Mustafayev hazırda 90 illiyini yüksək səviyyədə qeyd etməyə hazırlaşdığımız ümummilli lider Heydər Əliyevin ölkə əlillərinin sosial müdafiəsini daim diqqət mərkəzində saxladığını vurğulayaraq, eyni zamanda ulu öndərin, hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlil idmanının inkişafına göstərdikləri diqqət və qayğıdan söz açıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərliyinin yarış iştirakçılarına salamları və xoş arzuları çatdırılaraq, əlillərin sosial reabilitasiyası, əlil idmanına dəstək verilməsi sahəsində nazirliyin gördüyü işlər barədə məlumat verilib. Əlillərin böyük həvəslə iştirak edərək qüvvələrini sınadıqları yarışda 11 nəfər, o cümlədən 7 kişi, 4 qadın final mərhələsinə daxil ola bilib.

Gərgin mübarizə şəraitində keçən final mərhələsində isə kişilər arasında Elşad Məmmədov, qadınlar arasında Yelena Taranova birinci yeri tutublar. Qaliblərə kubok, digər yerləri tutanlara isə diplom və qiymətli hədiyyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti