...

Azərbaycanda uşaqlar arasında beynəlxalq şahmat turniri start götürüb

İdman Materials 9 Aprel 2013 14:26 (UTC +04:00)
Bakıda uşaqlar arasında 8-ci beynəlxalq şahmat turniri start götürüb. Bu yarışların keçirilməsi Azərbaycanda artıq ənənəvi hal alıb. Trend-in məlumatına görə, Azərbaycan Şahmat Federasiyasının dəstəyilə baş tutan turnirin təşkilatçısı “Gənclik” Şahmat klubudur. Yarışın rəsmi tərəfdaşları "Microsoft Azerbaijan" və "MobiTel" şirkətləridir.
Azərbaycanda uşaqlar arasında beynəlxalq şahmat turniri start götürüb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bakıda uşaqlar arasında 8-ci beynəlxalq şahmat turniri start götürüb. Bu yarışların keçirilməsi Azərbaycanda artıq ənənəvi hal alıb. Trend-in məlumatına görə, Azərbaycan Şahmat Federasiyasının dəstəyilə baş tutan turnirin təşkilatçısı "Gənclik" Şahmat klubudur. Yarışın rəsmi tərəfdaşları "Microsoft Azerbaijan" və "MobiTel" şirkətləridir.

Çempionatın yaş kateqoriyası 9-dan 14-dəkdir. Turnirdə 40-dan çox gənc şahmatçı 7 ölkəni təmsil edir: Azərbaycan, Rusiya, Gürcüstan, Fransa, Norveç, İran və İnqiltərəni. Yarışın baş hakimi Azərbaycanın əməkdar məşqçisi Qennadi Qelmandır.

"Turnirimiz Azərbaycan şahmatçılarının ustalıqlarını daha da təkmilləşdirir. Mən çox maraqlı mübarizə gözləyirəm, çünki iştirakçı heyəti çox güclüdür", - Qennadi Qelman deyib.

"Azərbaycan daim özünün şahmat məktəbi ilə məşhur olub. Ölkə təmsilçiləri məşqçilər, valideynlər, həmçinin, Azərbaycanda keçirilən müxtəlif yerli və beynəlxalq yarışlar sayəsində, yüksək zirvələri fəth ediblər. Bütün uşaqlara uğurlar arzulayırıq", - Mobitel şirkətinin kommersiya direktoru Cümşüd Əliyev deyib.

"Səviyyəsi ilbəil artan uşaqlar arası beynəlxalq şahmat turnirinə dəstək - Microsoft Azerbaijan şirkətinin prioritetlərindən biridir. Biz məmnunuq ki, çempionat getdikcə inkişaf edir və bu dəfə bir çox tanınmış, hətta dünya çempionu titullu gənc şahmatçılar bir araya gələcəklər. Bu kimi yarışlar sonralar Azərbaycanı dünya arenasında tanıdan və ölkədə şahmatın inkişafına səbəb olan yeni adları üzə çıxarır", - Microsoft Azerbaijan şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib.

Yarışlarda məşhur şahmatçılar, dünya çempionları iştirak edirlər. Onların arasında öz yaş kateqoriyaları üzrə eks-dünya çempionları Günay Məmmədzadə, Aydan Höcətova, Abdulla Qədimli və s. yer alırlar. Turnirin qalibləri fəxri fərmanlar, mükafatlar və medallarla təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti