...

"Neftçi" AFFA-ya 35 min manata yaxın cərimə ödəyəcək

İdman Materials 9 Aprel 2013 17:02 (UTC +04:00)
Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda bir sıra qərarlar qəbul olunub. Aprelin 6-da Premyer Liqanın XXV turunun “Neftçi” – “Qarabağ” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
"Neftçi" AFFA-ya 35 min manata yaxın cərimə ödəyəcək

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, iclasda bir sıra qərarlar qəbul olunub. Aprelin 6-da Premyer Liqanın XXV turunun "Neftçi" - "Qarabağ" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Oyunun 21, 25-ci dəqiqələrində "Qarabağ" klubu, 16, 42 və 72-ci dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr, fişənglərin istifadəsinə və meydançaya atılmasına görə hər iki klub 2000 manat cərimə olunub. Oyunun 44-cü dəqiqəsində "Neftçi" klubunun 5 №-li futbolçusu İqor Mitreski sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub. Oyunun fasiləsi zamanı "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayev meydançada hakimlərə qarşı aqressiv jestlərə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Mətbuat konfransında "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev AFFA və PFL əməkdaşları haqqında qeyri-etik ifadələr işlətdiyinə görə 10 oyunluq cəzalanır, klub 20 000 manat cərimə olunub. Matç zamanı və matçdan sonra stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi "Neftçi" klubu 5000 manat cərimə olunub.

Hər iki klubun azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün "Bakcell Arena" stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq klublara təqdim edəcəyi hesab əsasında ödəmə ediləcək.

Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılacaq və İntizam Komitəsinə məlumat veriləcək.

Aprelin 7-də Premyer Liqanın XXV turunun "Rəvan" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti