...

Möcüzə olmadı: "Qalatasaray" mübarizəni dayandırdı

İdman Materials 10 Aprel 2013 01:45 (UTC +04:00)
Aprelin 9-da UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Trend-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Möcüzə olmadı: "Qalatasaray" mübarizəni dayandırdı

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Aprelin 9-da UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dortmund "Borussiya" öz meydanında "Malaqa"nı qəbul edib və 3:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.

Digər matçda Madridin "Real" klubu "Qalatasaray"ın qonağı olub. İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan "Qalatasaray" növbəti mərhələyə keçmək üçün möcüzə gözləsə də, ispanlar buna imkan verməyib. Hesab 3:2 olub. Bununla da, "Qalatasaray" mübarizəsini dayandırıb.

Xatırladaq ki, hər iki komanda bu oyuna itkilərlə çıxıb.

İstanbul təmsilçisinin heyətində sarı vərəqə cəzası ilə Burak Yılmaz və Dani oyunu buraxmalı olub.

Eyni cəza səbəbindən "Real"da Serxio Ramos və Xavi Alonso bu qarşılamada forma geyə bilməyib. Pepe isə məşq zamanı zədələndiyi üçün meydana çıxa bilməyib.

Qeyd edək ki, bu gün daha iki qarşılaşma olacaq.

"Barselona" (İspaniya) - PSJ (Fransa)

"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti