...

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi olacaq

İdman Materials 12 Aprel 2013 09:30 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi olacaq

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Tanrıverdiyev/

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin püşkatma mərasimi baş tutacaq. Trend-in məlumatına görə, mərasim Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.

Püşkatmada "Bavariya" (Münhen, Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Real"( Madrid, İspaniya) və "Barselona" (İspaniya) klubları da iştirak edəcəklər. ÇL yarımfinal mərhələsinin ilk oyunları aprelin 23-24-də, cavab qarşılaşmaları isə aprelin 30-da və mayın 1-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti