...

"Kəpəz" Premyer Liqanı tərk edəcək

İdman Materials 12 Aprel 2013 19:06 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının 26-cı turuna start verilib.
"Kəpəz" Premyer Liqanı tərk edəcək

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının 26-cı turuna start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Rəvan" öz meydanında "Kəpəz"i qəbul edib.

Matçda ilk qol 44-cü dəqiqədə "Rəvan"ın heyətində Vareadan gəlib. İkinci hissədə isə meydan sahibləri gəncəlilərin qapısından 2 top keçiriblər (3:0).

Bu məğlubiyyətdən sonra "Kəpəz"in Premyer Liqanı tərk etməsi rəsmiləşib.

Qeyd edək ki, digər görüşlər aprelin 13və 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti