...

Bakıda beynəlxalq turnirdə 10 ölkənin güləşçiləri mübarizə aparacaq

İdman Materials 15 Aprel 2013 11:55 (UTC +04:00)
Aprelin 18-21-də Bakıda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.
Bakıda beynəlxalq turnirdə 10 ölkənin güləşçiləri mübarizə aparacaq

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Aprelin 18-21-də Bakıda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Federasiyadan Trend-ə bildiriblər ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxstan, Özbəkistan, Gürcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan güləşçiləri iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 18-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 19-da yunan-Roma güləşi üzrə gənclər, 20-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 21-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.

Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti