...

"Expressbank"ın əməkdaşları budo döyüş sənəti üzrə Avropa çempionu olublar

İdman Materials 17 Aprel 2013 16:32 (UTC +04:00)
Aprelin 6-da Kişinyov şəhərində budo döyüş sənəti üzrə Avropa çempionatına start verilib.
"Expressbank"ın əməkdaşları budo döyüş sənəti üzrə Avropa çempionu olublar

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprelin 6-da Kişinyov şəhərində budo döyüş sənəti üzrə Avropa çempionatına start verilib. Fri-kontakt, full-kontakt və semi-kontakt versiyalarında təşkil olunmuş yarışda Budo döyüş sənəti Federasiyasından Azərbaycanı 20 idmançı təmsil edirdi.

Yarışın semi-kontakt versiyasında 100 kq çəki üzrə qızıl medala "Expressbank"ın işçiləri Səxavət Əliyev və Elman İmanov sahib olublar.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədov qeyd etmişdir: "Biz ölkəmizi təmsil edən əməkdaşlarımızın qalibiyyətinə inanırdıq və onların qızıl medalla qayıdacaqlarına əmin idik. Bu fakt "Expressbank" üçün qürurverici bir haldır və ümid edirik ki, bu, əməkdaşlarımızın son nailiyyəti deyildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti