...

"Forbes": "Real" ən bahalı futbol klubudur

İdman Materials 18 Aprel 2013 16:43 (UTC +04:00)
"Forbes" biznes dərgisi dünyanın ən qiymətli futbol klublarının illik reytinqini açıqlayıb. Trend-in cümə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, İspaniyanın "Real" (Madrid) komandası reytinqə başçılıq edir.
"Forbes": "Real" ən bahalı futbol klubudur

Azərbaycan, Bakı, 18 aprel /Trend/

"Forbes" biznes dərgisi dünyanın ən qiymətli futbol klublarının illik reytinqini açıqlayıb. Trend-in cümə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, İspaniyanın "Real" (Madrid) komandası reytinqə başçılıq edir.

İngiltərənin "Mançester Yunayted" klubu ikinci yerdə qərarlaşıb. Ekspertlərin hesablamalarına görə, "Real" 3,3 milyard dollar dəyərində qiymətləndirilir. "Mançester Yunayted"in qiyməti isə 3,17 milyard dollara bərabərdir.

Siyahının üçüncüsü olan İspaniyanın "Barselona" komandası 2,6 milyard dollar məbləğində qiymətləndirilir. Reytinq tərtib edilərkən kommersiya fəaliyyətinin əsas istiqamətlərindən əldə edilən gəlirlər, marketinq cəlbediciliyi və örtülü bazar potensialı kimi göstəricilər nəzərə alınır.

Reytinqin sonrakı pillələrində müvafiq olaraq, "Arsenal" (İngiltərə), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Mançester Siti" (İngiltərə) və "Liverpul" (İngiltərə) qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti